Kolumbiya Prezidenti Qustavo Petro Ekvador lideri Daniel Noboaya qarşı böhtan ittihamı ilə cinayət işi qaldırmaq niyyətində olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial media platformasında yazıb.
Petro vurğulayıb ki, Ekvadora səfəri zamanı onu təkcə Ekvador ordusu deyil, həm də Kolumbiya dövlət təhlükəsizlik qüvvələri müşayiət edib.
Bütün bu insanlar onun Ekvadora səfərinin heç bir şübhəli əlaqəyə işarə etmədiyini təsdiqləyə bilərlər.
D.Noboa daha əvvəl bildirmişdi ki, Petro ötən yaz “Los Choneros” dəstəsinin lideri, Fito ləqəbli narkobaron Xose Adolfo Makias Villamarın ətrafı ilə görüşmək üçün Ekvadora səfər edib.
Əliyar Xəlil
Globalinfo.az