Hazırda baş verən proseslər regionun gələcəyini riskə atır.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunda deyib.
“Bu gün dünyada gedən proseslər Antalyada müzakirə edilir. Hər gün dünyada böhranlar görürük və bu da dünyadakı proseslərə təsir edir.
Əldə edilən atəşkəs və sülh davamlı olmalıdır”, – nazir bildirib.