İranda məktəblilərin zəhərlənməsi ilə bağlı danışan daxili işlər nazirinin müavini Seyid Məcid Mirəhmədi zəhərlənmənin səbəbkarlarından bəzilərinin tutulduğunu deyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalında məlumat verilib.
Onun sözlərinə görə, tutulanların bir neçəsi düşmənçilik məqsədi güdmədikləri üçün düz yola dəvət edildikdən sonra sərbəst buraxılıblar.
Qeyd edək ki, İranda məktəbli qızların hicaba etiraz səbəbindən kütləvi zəhərlənməsi baş vermişdi.
İranlı fəallar hökumətin cinayətkarlara verdiyi bu “cəza”nın gülməli olduğunu bildiriblər.