İsrail və İtaliya arasında müdafiə sahəsində yaranan gərginlikdə Türkiyə faktorunun rol oynadığı iddia edilir.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Maariv” nəşri məlumat paylaşıb.
Nəşr yazır ki, İsrail İtaliyanın müdafiə müqaviləsinin avtomatik yenilənməsini dayandırmaq qərarının təkcə daxili siyasi səbəblərlə deyil, həm də xarici təsirlərlə bağlı olduğunu düşünür.
Nəşrin mənbələrinin sözlərinə görə, dəyişikliklər əsasən İtaliya hökumətinin siyasətindən qaynaqlansa da, iki ölkə arasında müdafiə əməkdaşlığı ümumilikdə sabit və sıx olaraq qalır.
Eyni zamanda Türkiyənin Avropada müdafiə sənayesini gücləndirmək cəhdləri və İsrail şirkətləri ilə artan rəqabəti bu prosesə dolayı təsir edən amillər kimi qiymətləndirilir. Xüsusilə, Türkiyənin dron sektorundakı sürətli inkişafı səbəb kimi vurğulanır.
Ümumilikdə, bu vəziyyət qlobal müdafiə bazarında siyasi qərarlarla iqtisadi maraqların sıx bağlı olduğunu və rəqabətin getdikcə artdığını göstərir.
Əliyar Xəlil