“Əgər sabah nüvə hücumu baş verərsə, insanların 95%-i partlayışdan deyil, sadə bir məlumatı bilməməkdən öləcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Bildirilib ki, əksər insanların düşündüyündən fərqli olaraq, əsl təhlükə partlayış deyil, radioaktiv tozdur:
“Bu tozlar 15-30 dəqiqə ərzində yerə çökür. Bu müddət ərzində çöldə olan biri içəridəkindən 50-100 dəfə çox radiasiya alır. Əksər insanlar bunu bilmir.
Sağ qalmaq üçün:
– Parıltı anında yerə uzanın, işığa baxmayın.
– Dərhal ən yaxın binaya girin.
– Pəncərələri bağlayın.
– Üst geyimlərinizi çıxarın.
– Üzünüzü yuyun.
– Ən azı 24 saat çölə çıxmayın.
Bu sadə məlumat həyatları xilas edə bilər”, – deyə qeyd olunub.
Əliyar Xəlil
Globalinfo.az