“Belə görünür ki, Trampın ultimatumu onun özünü daha çox qorxutdu, nəinki İranı”.

Globalinfo.az xəbər verir ki, bunu poltoloq Şahin Cəfərli bildirib.

“Rejim tərəfindən rədd edildikdən sonra Tramp bu ultimatumu reallaşdırmağa risk etmədi. (Mədəniyyətin məhvi barədə sözləri ümumiyyətlə, bərbad idi)” – Ş.Cəfərli deyib.

Politoloqun sözlırinə görə, iki həftəlik atəşkəs İran tərəfinə ilk növbədə Əli Xamenei üçün rəsmi dəfn mərasimi təşkil etməyə imkan verəcək:

“Rejim mümkün qədər çox əhali və xarici qonaq toplayaraq mərasimi legitimlik mənbəyinə çevirməyə çalışacaq.

sahin ceferli esas 900x619 1

Şahin Cəfərli

Aprelin 10-dan başlayacaq danışıqlarda nəticə əldə olunması ehtimalı barədə qəti və birmənalı rəy söyləmək çətindir. Aydındır ki, bu şəraitdə razılıq olacaqsa, tərəflərdən birinin diktəsi ilə deyil, qarşılıqlı kompromislər əsasında olacaq. (“İranın şərtləri” adı altında yayılan 10 bənddən ibarət mətn absurddur və daha çox təbliğata yönəlib). Razılıq olmayacaqsa, müharibənin yenidən başlaması deyil, atəşkəsin uzadılması ehtimalı daha yüksəkdir”.

Globalinfo.az

Paylaş: