korpu

İsrailin baş naziri Benyamin Netanyahu İranda körpülər və dəmir yolu infrastrukturuna zərbələr endirildiyini təsdiqləyib.

Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, bu hücumlar getdikcə daha dəqiq şəkildə davam etdirilir.

Baş nazirin sözlərinə görə, hədəfə alınan infrastruktur İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən istifadə olunur.

Netanyahu qeyd edib ki, həmin obyektlər vasitəsilə silah istehsalı üçün xammal, eləcə də İsrailə, ABŞ-a və region ölkələrinə qarşı hücumlarda iştirak edən hərbçilər daşınır.

Öz növbəsində, İsrail Müdafiə Qüvvələri İranda 8 körpüyə zərbə endirildiyini açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: