NATO Baş katibi Estoniyaya getdi

NATO Baş katibi Yens Stoltenberq Estoniyaya səfər edib.

Globalinfo.az xəbər verir ki, Baş katib Stoltenberq Tallində Estoniya Prezidenti Alar Karislə görüşüb.

NATO-nun mətbuat xidməti bildirib ki, Stoltenberq fevralın 24-də Estoniyanın dövlət və hökumət başçısının və Avropa Komissiyasının Prezidentinin də qatıldığı bu ölkənin müstəqilliyinin ildönümü ilə bağlı hərbi paradda iştirak edəcək.