
“İran rəsmilərinin övladları müharibə vaxtı Qərbdə lüks həyat yaşayır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
“Sosial şəbəkələrdə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın oğlunun fotoları yayılıb. Kadrlarda gəncin ehtimal ki, Monakoda, lüks yaxta üzərində olduğu görünür.
İran və xalqı bir aydan artıqdır qanlı müharibə şəraitindədir, ABŞ–İsrail bombardmanları ilə mübarizə aparır, demək olar ki, hər gün yüksək rütbəli iranlı hərbçilər və rəsmilər həlak olur.
Lakin İran hökumətinin ən yüksək vəzifəli şəxslərinin övladları düşmən Qərb ölkələrində rahat həyat yaşayırlar. Bu proses İranda da ictimaiyyətin diqqətini çəkib və sosial mediada narazılığa səbəb olub”, – deyə bildirilib.

Safura Bənnayeva
Globalinfo.az