“İranın enerji obyektinə edilən hücum tamamilə İsrail tərəfindən həyata keçirilib”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benjamin Netanyahu deyib.
O bildirib ki, sözügedən əməliyyatda ABŞ birbaşa iştirak etməyib:
“Qərar İsrailin təhlükəsizlik maraqlarına əsasən verilib. Biz İranın əsas qaz infrastrukturlarından birinə hücum etdik. Bu addım İsrailin hərbi-strateji məqsədlərinə uyğun olaraq atılıb. Lakin ABŞ Prezidenti Donald Tramp Təl-Əvivə belə hücumların təkrarlanmaması ilə bağlı müraciət edib”.
Netanyahu Trampın bu çağırışını nəzərə alacağını da əlavə edib.