miqrantlar 11

“Miqrantlar Rusiyada bəzi qruplar tərəfindən müxtəlif təhqir və təhdidlərə məruz qalır, onların əmlakları və vəsaitləri əllərindən alınır. Hətta hüquq-mühafizə orqanları tərəfindən də belə halların baş verdiyi bildirilir. Təəssüf ki, dövlət səviyyəsində bu prosesin qarşısını almaq üçün yetərli tədbirlər görülmür”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Rusiya ilə açıq və prinsipial danışmaq lazımdır:

Rusiya doğrudanmı iddia etdiyi kimi MDB dövlətlərinin inteqrasiyasında maraqlıdır? Miqrant uşaqlarının təhsili ilə bağlı ciddi problemlər mövcuddur. Rusiyada hətta tikinti sahəsində çalışanlardan belə rus dilində danışmaq tələb olunur. Halbuki, məsələn, Hindistandan gələn miqrantlar rus dilini bilmir. Örtülü bazar dostluğu pozar”.

Hər zaman Rusiya ilə münasibətlərin yaxşı olmasını dəstəklədiyini bildirən deputat əlavə edib ki, “Avrasiya məkanında Türkiyə və İranın da daxil olduğu MDB ölkələrinin iştirakı ilə yeni bir Avrasiya ittifaqı qurulmalı və ümumi bazar yaradılmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: