zelenski 1 900x599 3

Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqdə baş verən müharibədən ABŞ Prezidenti Donald Trampı öz mövqeyinə cəlb etmək üçün “B” planı hazırlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ölkə Politikası” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Zelenskinin hazırda iki mümkün variantı var. Birinci variant Trampın məsləhətinə əməl edərək Ukrayna qoşunlarını Donbas bölgəsindən çıxarmaq və bununla da müharibənin tezliklə başa çatması üçün razılaşmaya getməkdir. Lakin nəşr qeyd edir ki, Ukrayna lideri bu təklifi qəbul etməyə meylli deyil.

“İkinci seçim İrandakı müharibədən Trampı öz tərəfinə çəkmək üçün istifadə etməyə çalışmaqdır. Kiyev və onun Qərbdəki dəstək qrupu hazırda məhz bunu həyata keçirməyə çalışır”, – deyə kanalın məlumatında bildirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: