ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin dayandırılması istiqamətində diplomatik səyləri yenidən intensivləşdirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The American Conservative” (TAC) məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Moskvaya səfəri Vaşinqtonun danışıqlar prosesinə yenidən qayıtdığına işarədir:
“Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya baş tutan səfəri də diqqət çəkib. Son diplomatik təmaslar Tramp administrasiyasının bir neçə aylıq durğunluqdan sonra atəşkəsə nail olmaq cəhdlərini yenidən gündəmə gətirdiyini göstərir”.
Xatırladaq ki, Uitkoff və Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıqları məzmunlu, konstruktiv, açıq və etimad şəraitində keçən görüş kimi qiymətləndirib.
Safura Bənnayeva
Globalinfo.az