Pakistan AFG Border GettyImages 1926763482

Pakistanın Xeybər-Paxtunxva vilayətində son günlər keçirilən antiterror əməliyyatları nəticəsində 20-dən çox silahlı şəxs öldürülüb.

Globalinfo.az bildirir ki, sentyabrın 3-dən 5-dək vilayətin müxtəlif ərazilərində təhlükəsizlik qüvvələri ilə silahlılar arasında bir neçə toqquşma baş verib. Əməliyyatlar zamanı zərərsizləşdirilən şəxslərin “Fitnə-əl-Xəvaric” qruplaşmasının üzvləri olduğu bildirilib.

Bundan əlavə, sentyabrın əvvəlindən Əfqanıstanla sərhəddən Pakistan ərazisinə keçməyə cəhd edən 25 silahlının Şimali Vəziristan dairəsində zərərsizləşdirildiyi açıqlanıb.

Pakistanın təhlükəsizlik qüvvələri sərhədlərin mühafizəsini prioritet olaraq saxladıqlarını və sərhədyanı ərazilərdən terror fəaliyyətləri üçün istifadə edilməsinə imkan verməyəcəklərini bəyan ediblər.

Əməliyyatların ölkədə həyata keçirilən “Əzmi-İstehkam” antiterror kampaniyası çərçivəsində davam etdirildiyi qeyd olunub.

Paylaş: