a16987d9 2ad5 3a42 bd97 a29c3ef0b66b 850

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovla, eləcə də bu ailə ilə bağlı ortaya çıxan, gündəmə gələn məlumatlardan sonra Talıbovların ictimaiyyət arasında rahat, arxayın hərəkət etməsi sosial şəbəkələrdə zaman-zaman müzakirələrə səbəb olur. Xüsusən V.Talıbovun oğlu Seymur Talıbovun Dubayda çəkilmiş görüntülərinin yayılması bu məsələni bir qədər də qabardıb. İddialardan biri də budur ki, Talıbov klanı üçün həbs təhlükəsi yoxdur.

Maraqlıdır, bu ailənin toxunulmazlığının sirri nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ovqat.com saytının baş redaktoru, tanınmış jurnalist Heydər Oğuz deyib ki, Azərbaycanın çox qəribə hüquq sistemi var.

“Nədənsə dövlət büdcəsini talayan bəzi şəxslər sərbəst qalırlar. Vasif Talıbov da “oğrular, quldurlar sülaləsi” kateqoriyasına aiddir. Görünür, Azərbaycanın mövcud vəziyyətindən yararlanıb istədikləri kimi hərəkət edirlər. Bunları da acıq verirmiş kimi göstərirlər.

Belə hallar Azərbaycan xalqının, ictimaiyyətin dövlətə, qanuna, məhkəməyə rəğbətini, etibarını, etimadını zəiflədir. Mən hələ onların oğurladığı pulları demirəm…

Ən azından insanların, toplumun dövlətə olan etimadının qırılmaması üçün onlar həbs olunmalı və cəzalarını çəkməlidirlər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: