İsrail və ABŞ ilk dəfə İranın neft emalı zavoduna zərbə endiriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
İran Neft Nazirliyindəki mənbənin məlumatına görə, Kuhək, Şəhran və Kərəc şəhərlərində yerləşən üç neft anbarı İsrail qırıcı təyyarələri tərəfindən hücuma məruz qalıb.
Şəhr-e-Rey neft emalı zavoduna da ABŞ və İsrail hava hücumlarıhəyata keçiriblər.
İran mediası qeyd edib ki, İsrail qüvvələri Tehranın cənubundakı ən böyük neft emalı zavoduna ilk dəfə zərbə endirib.