b6d01989 edc0 4cf4 b186 772b72d680bc

Çin İranda və İsraildə yaşayan vətəndaşlarına mümkün qədər tez bu ölkələri tərk etməyi məsləhət görüb.

Globalinfo.az xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyi isə bölgədə davam edən gərginlik fonunda vətəndaşlarına İrana səfərlərdən müvəqqəti çəkinməyi tövsiyə edib.

Hazırda İranda olan Qazaxıstan vətəndaşlarına imkan daxilində ölkədən çıxmaq, təhlükəsizlik tədbirlərinə ciddi əməl etmək, ayıq-sayıq olmaq, rəsmi məlumatları izləmək və yerli hakimiyyət orqanlarının göstərişlərini yerinə yetirmək tövsiyə olunub.

Eyni zamanda ABŞ Dövlət Departamenti İranın bölgədəki Amerika obyektlərinə mümkün zərbəsi riskini nəzərə alaraq, İraqdakı səfirliyinin zəruri olmayan əməkdaşlarının və onların ailə üzvlərinin təxliyəsi barədə göstəriş verib.

Bu arada Böyük Britaniya bölgədə hərbi qarşıdurma riskinin artması səbəbindən İrandakı səfirliyinin əməkdaşlarını ölkədən çıxarıb. Bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat yayılıb.

Açıqlamada bildirilir ki, diplomatik heyət müvəqqəti olaraq İrandan təxliyə olunub, səfirlik isə fəaliyyətini məsafədən davam etdirir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: