Globalinfo.az Qafqazinfo-ya istinadla bvəfat edən tələbə Təbrik Nuriyevin fotosunu təqdim edir:
***22:17
Gəncədə futbol oynayarkən vəfat edən tələbə, 19 yaşlı Təbriz Nuriyev Quba rayonundandır.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, o, Aqronomluq fakültəsinin ikinci kurs tələbəsidir.
Hazırda onun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patalogi Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib.
Mərhumun ürək tutmasından vəfat etdiyi ehtimal olunur.
***21:41
Gəncədə universitet tələbəsinin qəfil ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Globalinfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
İlkin məlumatlara görə, 2007-ci il təvəllüdlü Təbriz Nuriyev futbol oynayarkən qəfildən halı pisləşib və yerə yıxılıb. Ətrafdakıların müdaxiləsinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.
Onun Gəncədə fəaliyyət göstərən universitetlərdən birinin tələbəsi olduğu bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.