Ermənistanda zəlzələ oldu, Azərbaycanda hiss edildi

 

Ermənistanda 4.1 maqnitudalı zəlzələ olub.

Zəlzələlərin tədqiqatı bürosundan Globalinfo.az-a verilən məlumatına əsasən, zəlzələ Tovuz stansiyasından 39 km cənub-qərbdə, Ermənistan ərazisində qeydə alınıb.

Zəlzələ 2 km dərinlikdə baş verib.

Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

X X X

Ermənistanda zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yeraltı təkanın maqnitudası 4,1, dərinliyi 6 km olub.

Zəlzələ Azərbaycanın Gədəbəy, Tovuz və digər həmsərhəd rayonlarında hiss edilib.