Böyük Britaniya kralının qardaşı, bir müddət əvvəl şahzadə titulu və krallıq imtiyazlarından məhrum edilmiş Endryu Mauntbatten-Vindzor Ceffri Epşteyn işi üzrə saxlanıldı. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Sky Nyus” məlumat yayıb. 

Bildirilir ki, polis dövlət vəzifəsində sui-istifadə etmək şübhəsi ilə saxlayıb.

“Bu addım, ABŞ tərəfindən yayılan sənədlərdə Mauntbatten‑Vindzorun keçmiş işləri ilə bağlı yeni iddiaların ortaya çıxmasından sonra atılıb”, – deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, şahzadə Endryu”Epşteyn işi” ilə bağlı sənədlərdə ən çox adı hallanan şəxslərdən biridir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: