WhatsApp Image 2026 02 16 at 22.30.27

Rusiyanın paytaxtı Moskvada “Salarievo-Park” yaşayış kompleksində azərbaycanlı cütlüyün meyiti tapılıb.

Globalinfo.az xəbər verir ki, bu bardə “Moscow Times” məlumat yayıb.

Medianın məlumatına görə, hadisə ikiqat intihar kimi qiymətləndirilir. Ölənlərin geyim və alt paltarı satışı ilə məşğul olan sahibkarlar – Vasif və Aygün olduğu bildirilir. Onlar əvvəllər Xantı-Mansi Muxtar Dairəsində biznes fəaliyyəti göstəriblər, daha sonra isə Moskvaya köçərək yaşadıqları əraziyə yaxın mağaza açıblar.

Faciə zamanı cütlüyün beşyaşlı övladı mənzildə olub və hadisənin şahidi olub. Hazırda psixoloqlar uşaqla işləyirlər. Ailənin ümumilikdə üç övladının olduğu qeyd edilir.

Hadisənin dəqiq səbəbləri hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.

Tahir Turan
Globalinfo.az

Paylaş: