2023 09 23T183740Z 909673123 RC2HE3A6EXK0 RTRMADP 3 UKRAINE CRISIS UN LAVROV 1695498540

ABŞ Prezidenti Donald Trampın ilkin sülh planı Ukrayna və Avropa İttifaqının (Aİ) təsiri altında əhəmiyyətli dərəcədə dəyişdirilib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, söhbət Alyaskada ABŞ-Rusiya danışıqlarından sonra Moskvaya təqdim edilən sənəddən gedir:

“Sonrakı bütün versiyalar Ukrayna Prezidenti Volodimir Zelenskinin, onun Britaniya, Almaniya, Fransa və Baltikyanı ölkələrdən olan himayədarlarının Vaşinqtona təzyiqinin nəticəsidir.

ABŞ-ın təkliflərinə Ukraynada rusdillilərin və etnik rusların milli azlıq kimi hüquqlarının bərpası da daxil idi. Amma Vaşinqtonun avropalılar və ukraynalılarla danışıqlarından sonra mediaya sızdırılan planın son versiyalarında bu barədə heç bir qeyd yoxdur”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: