698b40a392c2c698b40a392c2d1770733731698b40a392c2a698b40a392c2b 5

Qarabağ”ın gənc hücumçusu Nəriman Axundzadənin ABŞ-nin MLS liqasında çıxış edən “Kolumbus Kru” klubuna transferi rəsmiləşib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.

Ohayo təmsilçisi 21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Transfer MLS-in gənc istedadlar üçün nəzərdə tutulmuş “U22 Initiative” proqramı çərçivəsində reallaşıb. Nəriman Axundzadə ABŞ-də idmançılar üçün nəzərdə tutulan xüsusi P-1 vizasını aldıqdan sonra rəsmi olaraq komandanın heyətinə qoşulacaq. Klubun rəsmi paylaşımında oyunçunun texniki bacarıqları və sürəti xüsusi vurğulanıb.

Qeyd edək ki, Nəriman bu mövsüm “Qarabağ”ın heyətində Premyer Liqada 13 matçda 3 qol vurub.

Paylaş: