“Qafqaz regionu İran üçün strateji əhəmiyyət daşıyır və bu bölgədə sülhün təmin olunması Tehranın maraqlarına uyğundur”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi deyib.
Baqayi İranın müdafiə nazirinin Bakıya səfərinə və təhlükəsizlik məsələləri üzrə aparılan məsləhətləşmələrə xüsusi diqqət çəkib.
Onun sözlərinə görə, həmin səfər mühüm əhəmiyyət daşıyır və İranın qonşu ölkələrlə bütün səviyyələrdə etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində qəti mövqeyini nümayiş etdirir.
“Qafqaz regionu İran üçün vacibdir. Orada sülh bizim üçün də sülh deməkdir”, — XİN rəsmisi vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az