Putin Təhlükəsizlik Şurasını topladı

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik xidmətinin  direktoru Aleksandr Bortnikov, xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin, xarici işlər nazirinin müavini Sergey Ryabkov və Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotovla görüşüb.

Globalinfo.az xəbər verir ki, iclas zamanı Putin müdafiə nazirindən Ukrayna ilə müharibədə baş verənləri məruzə etməsini istəyib.

Rusiya Prezidenti daha sonra İsrail-Fələstin münaqişəsi zonasındakı vəziyyətlə bağlı məruzələri dinləyib.

Əliyar Xəlil
Globalinfo.az