beqayi

ABŞ-dan nüvə problemi ilə bağlı təkliflərimizə ciddi yanaşılmasını gözləyirik”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“Təklifimiz hazır olduqdan sonra Oman vasitəsilə ABŞ-a təqdim edəcəyik. Lakin Vaşinqtonun təklifi konkret məzmuna malik deyil və faktiki olaraq danışıqların son beş raundunu əks etdirmir” – o bildirib.

Bundan əvvəl “Tasnim” agentliyi İranın iki gün ərzində ABŞ-a cavab göndərəcəyini açıqlamışdı.

Bildirilmişdi ki, bu, Tehranın öz ərazisində uranı zənginləşdirmək imkanını, eləcə də sanksiyaların ləğvi müqabilində ABŞ-ın İranın nüvə proqramı ilə bağlı narahatlığını aradan qaldırmağa yönəlmiş bir sıra tədbirləri əhatə edəcək.

Xatırladaq ki, İranın ali dini lideri Əli Xamenei iyunun 4-də ABŞ-ın nüvə sazişi ilə bağlı təkliflərinin ölkəsinin maraqlarına zidd olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: