WhatsApp Image 2026 01 07 at 12.39.01

ABŞ-dan Azərbaycana kənd təsərrüfatı sahəsinə iri həcmli investisiyaların cəlb olunacağı gözlənilir. Ümid edilir ki, bu investisiyaların həcmi bir neçə milyard dollar təşkil edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

ABŞ-dən ixtisaslı mütəxəssislərin Azərbaycana dəvət olunması kənd təsərrüfatının inkişafına ciddi töhfə verə bilər.

2023-cü ildən etibarən ölkədə kənd təsərrüfatı istehsalında azalma qeydə alınır. Daxili istehsalın zəifləməsi ərzaq məhsullarının idxalının artmasına səbəb olub. Mövcud vəziyyət isə kənd təsərrüfatı sektoruna xarici investisiyaların cəlb edilməsini xüsusilə zəruri edir”, – Q.Həsənquliyev qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: