Ukraynada məşhur rejissor Stiven Spilberqin çəkdiyi “Terminal” filmi (2004) nümayiş üçün qadağan edilib. Qərarın verilməsinə səbəb ekran işində rusiyalı aktyor Valeri Nikolayevin rol alması olub.
Globalinfo.az bildirir ki, qadağa yalnız bu filmlə məhdudlaşmayıb. Rusiyalı aktyor Yuri Kolokolnikovun iştirak etdiyi daha dörd xarici istehsal da Ukraynada göstərilməsi yasaqlanan filmlər siyahısına daxil edilib. Həmin ekran işləri bunlardır: Darren Aronofskinin rejissoru olduğu “Cinayət başında yaxalamaq” (2025), Cey Si Çedonun “Kreyven – ovçu” (2024), Patrik Hyuzun “Mühafizəçi” (2017) və Kristofer Nolanın “Tenet” filmi (2020).
Bundan əlavə, qərar Ukrayna istehsalı olan bir filmə də şamil olunub. Belə ki, “Hetman Mazepaya dua” adlı ekran əsəri rusiyalı aktyor Nikita Ciqurdanın bu filmdə yer almasına görə nümayişdən çıxarılıb.
Aysel Əliyeva
Globalinfo.az