tramp

ABŞ lideri Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı “yaxşı lider” adlandırıb.

Globalinfo.az xəbər verir ki, o, bu fikirləri Vaşinqtonda keçirilən toplantı zamanı səsləndirib.

Tramp çıxışında bir sıra beynəlxalq münaqişələrin həllində rol oynadığını yenidən xatırladıb. ABŞ Prezidenti bildirib ki, Kamboca ilə Tailand, Kosovo ilə Serbiya, Pakistanla Hindistan, İsraillə İran, eləcə də Ermənistanla Azərbaycan arasında yaşanan gərginliklərin aradan qaldırılmasında vasitəçilik edib.

Ötən ilin 8 avqustunda Vaşinqtonda keçirilən sammitin nəticələrinə toxunan Tramp həmin görüşün tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, sammit çərçivəsində üç ölkənin liderləri bir sıra mühüm sənədlərə imza atıblar.

ƏliyevPaşinyan həqiqətən yaxşı liderlərdir. Onlar uzun illər mübarizə aparıblar. Amma biz bunu kifayət qədər tez həll etdik”, – deyə Tramp vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: