0x0 kis aylarinda kalbiniz daha fazla calisiyor iste alinmasi gereken onlemler 1769511954485 7

Zəfər Parkının yaxınlığında yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Globalinfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, “BakuBus”un Hövsandan metronun “28 May” stansiyası üzrə hərəkət edən 120 nömrəli marşrut avtobusu ilə minik avtomobili toqquşub.

Hadisə minik avtomobilinin avtobus zolağına daxil olması nəticəsində baş verib.

Qəzadan sonra avtobusda olan sərnişinlər düşürülüb və növbəti gələn avtobusa yönləndiriliblər.

Maraqlısı odur ki, sərnişinlərin mindiyi növbəti 120 nömrəli avtobus da bir qədər hərəkət etdikdən sonra qəza törədib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Xəsarət alan yoxdur.

0x0 kis aylarinda kalbiniz daha fazla calisiyor iste alinmasi gereken onlemler 1769511959557 4 FXkl834HsmppVjacJ323Lq0k8zLTpYN5GUvScZ3o 1200

Paylaş: