gnc

Gəncədə üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

Belə ki, “Opel”, “Ford” və “Hyundai” avtomobilləri toqquşub.

İlkin məlumata görə, qəza zamanı 2000-ci il təvəllüdlü Səyyarə Məmmədova və 1996-cı il təvəllüdlü Yusif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

1b6104fe 9b79 412f bc94 1ba85967bbfa
6e01ab17 69c7 4059 9506 2c8ca7c53668
528a2a68 d492 4c6d 9728 f6030d9b58b8
770e90f4 6d63 4687 94ab d23c710caedc

Paylaş: