zelenski 1 1

Ukrayna Prezidenti Volodimir Zelenski səfərbərlik prosesində əsaslı islahatlara ehtiyac olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə yeni müdafiə naziri Mixaylo Fedorovla görüşdən sonra Teleqram kanalında paylaşım edib.

Zelenskinin sözlərinə görə, dəyişikliklər həm Ukraynanın Müdafiə və Təhlükəsizlik Qüvvələrinin fəaliyyətini gücləndirməli, həm də ölkədəki iqtisadi proseslərə müsbət təsir göstərməlidir.

Prezident qeyd edib ki, Fedorov ərazi işə qəbul mərkəzləri (TRC) ilə bağlı yığılıb qalan problemlərin həlli üçün konkret təkliflər irəli sürməlidir.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatlara əsasən, 2025-ci ildə Ukrayna Silahlı Qüvvələrindən 200 mindən çox hərbçi fərarilik edib. Yanvarın 13-də isə hərbi xidmətdən yayınan ukraynalı kişilər arasında Belarus istiqamətinin populyarlaşdığı bildirilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: