“Ermənistan heç kimin, o cümlədən Azərbaycanın silahlanma yarışına qoşulmağı düşünmür”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.
“Bu o demək deyil ki, Ermənistan silah alışı və modernizasiya işlərini dayandırır. Bu istiqamətdə müəyyən planlar mövcuddur, heç bir ziddiyyət yoxdur və ehtiyat planlar müzakirə mövzusu olmamalıdır. Proses proqnozlaşdırıldığı kimi davam edir”, – o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az