j d vens 1739563355

ABŞ-ın vitse-prezidenti J.D.Vens Danimarkanın Qrenlandiyanı qoruya bilmədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Fox News”a verdiyi müsahibədə danışıb.

“Özünüzə sual verin: avropalılar, danimarkalılar Qrenlandiyanın təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi ediblərmi?” Cavab göz qabağındadır – yox”, – deyə o qeyd edib.

Vens vurğulayıb ki, Qrenlandiya ABŞ-ın milli təhlükəsizliyi və raketdən müdafiə sisteminin fəaliyyəti üçün çox vacibdir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: