WhatsApp Image 2025 12 25 at 11.14.01

ABŞ ordusunun Venesuelada müxtəlif hədəflərə endirdiyi zərbələr Venesuela Prezidenti Nikolas Maduronu əsir almaq üçün əməliyyat keçirənləri dəstəkləmək məqsədi daşıyıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubioya istinadla senator Mayk Li sosial şəbəkə hesabında yazıb.

“İndicə Dövlət katibi Rubio ilə telefonla danışdı. O, Nikolas Maduronun ABŞ-da mühakimə olunması üçün ABŞ rəsmiləri tərəfindən həbs edildiyini və bu axşam gördüyümüz hərbi əməliyyatın həbs orderini icra edənləri qorumaq üçün keçirildiyini dedi”, – o qeyd edib.

O, həmçinin bildirib ki, Rubio Maduronun həbsindən sonra Venesuelada əlavə əməliyyata ehtiyac olduğunu düşünmür.

Paylaş: