bayden manset

ABŞ-ın sabiq prezidenti Co Baydenin ailəvi Milad fotosu sosial şəbəkələrdə maraq doğurub. Foto onun X sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.

Globalinfo.az xəbər verir ki, şəkildə Bayden ailəsinin səkkiz üzvü yer alıb.

Lakin diqqətçəkən məqam odur ki, Co Bayden fotoda demək olar ki, görünmür. Belə ki, o, fotonun mərkəzində yer almır və həyat yoldaşı Cill Baydenin arxasından boylanır.

Əvəzində mərkəzi mövqedə oğlu Hanter Bayden dayanır. O, fotoda gülümsəməyən yeganə ailə üzvüdür.

Paylaşımın altında isə, “Sevgi dolu, dinc və sevincli Milad arzulayırıq” cümləsi yazılıb.

Семейный снимок Байденов удивил пользователей соцсетей

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: