esma esed

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Ukraynanın sabiq lideri Viktor Yanukoviçin də yaşadığı güman edilən Rublyovkadakı elit yaşayış massivində məskunlaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb. 

“Əsədin adı çəkilməyən bir dostunun sözlərinə görə, keçmiş prezident tibbə qayıdır və oftalmologiya sahəsindəki biliklərini dərinləşdirir. Mənbə qeyd edib ki, Əsədin “açıq-aydın pula ehtiyacı yoxdur” və oftalmologiya onun “uzun müddətdir davam edən ehtirası”dır. O əlavə edib ki, keçmiş Suriya lideri həmçinin rus dilini öyrənir.

Əsədin adı çəkilməyən ailə dostunun sözlərinə görə, o, “sakit həyat tərzi sürür”. Həyat yoldaşı isə vaxtını idmanla məşğul olmağa, alış-veriş etməyə və gözəllik salonlarına baş çəkməyə sərf edir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: