MOSSAD-ın əfsanəvi rəhbəri öldü

İsrailin MOSSAD xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri Zvi Zamir ölüb.

Globalinfo.az xəbər verir ki, xidmətin sayca dördüncü rəhbəri olmuş Z. Zamir 99 yaşında vəfat edib.

Onun təşkilata rəhbərlik etdiyi 1968-1974-cü illərdə Fələstinə qarşı və ölkəyə yönəlmiş hərbi təhlükə ilə mübarizə üçün genişmiqyaslı əməliyyatlar keçirilib.

Zamirin rəhbərliyi altında MOSSAD cəsarətli kəşfiyyat əməliyyatları həyata keçirib və terror hücumlarının qarşısı alınıb. Münhendə israilli idmançıların qətlinə görə məsuliyyət daşıyan “Qara sentyabr” təşkilatının liderləri dünya miqyasında axtarışa verildi və yerləri müəyyən edilərək zərərsizləşdiriliblər.

Onun rəhbərliyi alında MOSSAD regionda əlaqələrini genişləndirib, yeni mənbələr tapıb. Bunlardan ən məşhuru isə “Mələk” ləqəbi ilə fəaliyyət göstərən agent olub.

Əliyar Xəlil
Globalinfo.az