2023 04 24 10 33 30G2D0KtigN5bnBjDeARZ4 file 15

AXCP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Təzəxan Mirələmlinin evində DTX tərəfindən axtarış aparılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlumat verib.

Onun sözlərinə görə, axtarışdan sonra Təzəxan Mirələmliyə məxsus kompüter və telefon DTX əməkdaşları tərəfindən müsadirə edilib.

Məlumata görə, Mirələmli Əli Kərimlinin məhkəməsinə gedərkən saxlanılıb. Sonradan onun DTX-yə aparıldığı məlum olub.

Paylaş: