İranın vitse-prezidentinin köməkçisi İsmayıl Seqab Esfahaninin həyat yoldaşı avtomobil qəzası nəticəsində həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “IRIB” dövlət televiziyasının məlumat yayıb.
Hadisə bu gün “Şərifabad–Aivanekai” yolunda baş verib. Qəza zamanı -vitse-prezident köməkçisinin qayınatasının idarə etdiyi avtomobil yük maşını ilə toqquşub.
Hadisə nəticəsində Esfahaninin həyat yoldaşı dünyasını dəyişib, üç oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Tahir Turan
Globalinfo.az