qaregin

Bir qrup erməni yepiskop və arxiyepiskop bütün ermənilərin Katolikosu II Qareginin istefasını tələb edib.

Globalinfo.az xəbər verir ki, dini liderlər onu özbaşına idarəçilik, siyasi müdaxilə və digər hərəkətlərdə ittiham ediblər.

Onlar həmçinin qeyd ediblər ki, II Qareginin 1999-cu ildə seçilməsi təzyiq və qorxu şəraitində baş verib.

Müraciəti imzalayanlar arasında 27 noyabrda Baş nazir Nikol Paşinyanla görüşən səkkiz ruhani lider, həmçinin ABŞ-ın Qərb Yeparxiyasının rəhbəri Ovnann Terteryan və Armavir Yeparxiyasının başçısı Sion Adamyan da var.

Qeyd edək ki, bundan əvvəl Ermənistanda məhkəmə bütün ermənilərin Katolikosunun qardaşı və qardaşı oğlunun həbs müddətini uzadıb. Gevorq Nersisyanın həbs müddəti iki, oğlu Ambarçumun cəzası isə üç ay uzadılıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: