
Türkiyədə Şanlıurfa məhkəməsinin binasında partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, yerli media partlayışın zirzəmidə olduğunu yazıb.
Hadisə yerinə çox sayda polis, tibbi və yanğın-xilasetmə briqadaları göndərilib.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib ki, partlayış anbarda baş verib.
Hələlik səbəbi məlum olmayan hadisədə bir nəfər yaralanıb.
Safura Bənnayeva
Globalinfo.az