Hacı Şahin səfirliyə hücuma görə bu ölkəni ittiham etdi

“İran Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktına görə məsuliyyət daşıyır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli şəhid Orxan Əsgərovun dəfn mərasimi zamanı deyib.

O xatırladıb ki, xarici ölkələrdəki səfirliklərimizin əraziləri Azərbaycan ərazisi hesab edilir:

“Qəhrəmanımız öz ərazimizi müdafiə edərək şəhid olub. Ruhunun şad olması üçün dua edirik. Bu məkrli hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür. Azərbaycan xalqı hadisənin hərtərəfli araşdırılmasını və cinayətkarın cəzalandırılmasını tələb edir”.

Zaira Akifqızı
Globalinfo.az