“Ərazi güzəştləri və Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasının qarşısını almaq lazımdır”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen deyib.
“Birincisi, sərhədləri güc yolu ilə dəyişdirmək olmaz. İkincisi, Ukrayna suveren dövlət kimi öz silahlı qüvvələrinə ölkəni gələcək hücumlara qarşı həssas edəcək və bununla da Avropanın təhlükəsizliyinə xələl gətirəcək məhdudiyyətlərə malik ola bilməz”, – o bildirib.
AK sədri həmçinin Ukraynada sülhün təmin edilməsində Avropa İttifaqının (Aİ) mərkəzi rolunun tam əks olunmasının zəruriliyini qeyd edib.
Onun sözlərinə görə, Kiyev öz taleyini seçmək azadlığına və suveren hüququna malik olmalıdır.
Əliyar Xəlil
Globalinfo.az