İran Prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının köçürülməsini zəruri hesab edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb.
Qeyd olunur ki, Pezeşkian paytaxtın köçürülməsində maraqlıdır, çünki Tehran həddən artıq sıxlıq və su çatışmazlığı ilə üzləşir.
İran Prezidenti təklif edib ki, metropolun əhalisi artmaqda davam edərsə, sakinləri su ilə təmin etmək mümkün olmayacaq.
Pezeşkian həmçinin Şiraz, Qəzvin və Həmədan kimi şəhərlərin İranın paytaxtı ola biləcəyini deyib.
Qeyd edək ki, İranda yağıntılar xeyli azalıb. Tehrand 2025-ci ilin orta göstəricisi ilə müqayisədə yağıntılar 40 faiz azalıb.
Tahir Turan
Globalinfo.az