Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və KİV-lə Qarşılıqlı Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov Ukrayna Prezidenti Volodimir Zelenskinin taleyini şərh edib.
Globalinfo.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” yayıb.
Puşkov qeyd edib ki, Zelenskinin hekayəsinin bitməsi iddiası artıq Qərb mediasında yer alıb.
Senatorun sözlərinə görə, Qərb ölkələri Kiyevin Rusiya ilə münaqişədə məğlubiyyətinin qaçılmaz olması barədə konsensusa gəliblər.
Tahir Turan
Globalinfo.az