Rusiya Prezidenti Vladimir Putin rus bəstəkarı Aleksandra Paxmutovanın ad gününü təbrik edib.
Globalinfo.az xəbər verir ki, bunu Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Məlumata görə, noyabrın 9-da SSRİ xalq artistinin 96 yaşı tamam olub. Onun şərəfinə keçirilən bayram konsertindən “Tazianavidos” kanalında yayımlanan videoçarxda bəstəkar xoş sözlərə görə Putinə təşəkkür edib.
Qeyd edək ki, Paxmutova 1929-cu ildə Stalinqrad yaxınlığındakı Beketovka kəndində anadan olub. Beş yaşında o, “Xoruzlar oxuyur” adlı ilk fortepiano əsərini bəstələyib. Bəstəkar daha çox əri şair və bəstəkar Nikolay Dobronravovla birgə işi ilə tanınır.
Tahir Turan
Globalinfo.az