Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın “Oreşnik” raket sisteminin ölkədə yerləşdirilməsi ilə bağlı qərarı təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.
“Oreşnik” dəhşətli bir silahdır. Dekabr ayında artıq döyüş hazırlığı vəziyyətinə gətiriləcək. İstəyirəm ki, rəqiblərimiz hər vəziyyətə hazır olduğumuzu başa düşsünlər. Putinlə oturub qərar verəcəyik və buna nail olacağıq”.
O bildirib ki, bir vaxtlar Minskdə Ukrayna ilə bağlı sülh razılaşmaları əldə edilib, lakin rəqiblər bunu yerinə yetirə bilməyiblər.
“Məlum oldu ki, onlar razılaşmayıblar, Minskə Rusiyanı və bizi aldatmaq üçün gəliblər. Artıq iki milyon insan ölüb və ukraynalılar pis vəziyyətə düşüblər. Niyə problem istəyirlər, anlamıram. Polyaklar, litvalılar və digərləri normal yaşayırdılar”, – deyə Lukaşenko vurğulayıb.
Əliyar Xəlil