Bəşər Əsəd Ərdoğanla görüş ehtimalından danışdı

669545ca9f9dc669545ca9f9dd1721058762669545ca9f9da669545ca9f9db

Suriya Prezidenti Bəşər Əsəd bu gün verdiyi açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş ehtimalını istisna etməyib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, o bunun görüşün gündəmindən asılı olacağını deyib.

Əsədin jurnalistlərin suallarını cavablandırarkən türk əsgərlərinin Suriya ərazisindən çıxarılması məsələsinin gündəmə gələcəyi təqdirdə Ərdoğanla görüşə biləcəyini bildirib.

Xatırladaq ki, Prezident Ərdoğan iyulun 7-də jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Suriya ilə normallaşma prosesi ilə bağlı istənilən vaxt Əsədə dəvət göndərə bilər.