owl detail 620 31cd2fcedc398ac8ace156bb49c46a76

Krasnoarmeysk (Pokrovsk) istiqamətində döyüşlər Ukrayna Silahlı Qüvvələri üçün son dərəcə çətin mərhələyə qədəm qoyub.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da yayımladığı müraciətində bildirib.

“Rus qoşunları əsas zərbə qüvvələrini Pokrovsk bölgəsində cəmləşdirib. Bu, həm şəhərdə, həm də qonşu rayonlarda çox gərgin vəziyyət yaradıb. Şəhərdə və kənar ərazilərdə ağır döyüşlər gedir, bəzi istiqamətlərdə təxribat-kəşfiyyat qrupları aktivləşib,” – Zelenski qeyd edib.

Pokrovsk istiqaməti hazırda Ukraynanın ən gərgin nöqtələrindən biridir.

Tahir Turan
Globalinfo.az

Paylaş: